Yuxarı

200-dən çox cinayətkar ölkəyə gətirildi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
200-dən çox cinayətkar ölkəyə gətirildi - Rəsmi

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cinayətkarlığın qarşısının alınması üzrə qəti tədbirlər görülərək bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Müxtəlif dövlətlərlə ikitərəfli sazişlər və müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Ədliyyə Nazirliyi tərəfindən qlobal pandemiya əlaqədar ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və baxılması təmin edilir. Ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.

Ədliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu gün isə xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilmiş və o, Nazirliyin əməkdaşların müşayiəti ilə ölkəmizə gətirilib.

Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün Nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan qardaş Türkiyənin ölkəmizə böyük dəstəyi xüsusi qeyd olunmalıdır.

Ümumilikdə ötən 5 il ərzində 200 nəfərdən çox cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.

Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

"Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək", - məlumatda deyilir.

Tarix
2021.04.07 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla