Yuxarı

Hacıyevdən sosial media ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyevdən sosial media ilə bağlı açıqlama

Əməkdaşlıq çərçivəsində sosial media münasibətlərinin qurulması, həmçinin bu kimi platformaları təqdim edən aparıcı şirkətlərin qarşısında məsələlərin qaldırılması var. Azərbaycanda sosial media məsələlərində hesabların və onu işlədənlərin kimliklərinin olmaması, bunu həyata keçirən platformaların bu barədə məlumatları verməməsi, sosial media vasitəsilə terrorizm, zorakılıq və digər neqativ tendensiyaları təbliğ olunması var.

Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun qarşısının alınması ilə bağlı məsələlər müstəviyə çıxanda Feysbuk, Tvitter kimi platformalar və digər resurslar tərəfindən lazımi imkanlar yaradılmır:

“Məsələn, Almaniyanın özündə də bununla bağlı qanun qəbul edilib ki, hər hansı zorakılıq və Almaniya qanunlarına müvafiq gəlməyən hallar olduğu təqdirdə onlar bu cür sosial media platformaları qarşısında məsələ qaldırılar. Ona görə də sosial mediada gedən neqativ, cəmiyyətimizə və insanlarımıza mənəvi, sosial-psixoloji təsir edə biləcək məlumatlarla bağlı məsələdə tək Azərbaycanın deyil, qardaş ölkələrin də narahatlıqları var. Xüsusən də ermənilərin bəzi təbliğat dairələri sosial mediadan istifadə edərək cəmiyyətə neqativ fikirlərin çatdırılmasını hədəflər kimi qarşıya qoyurlar”.

H.Hacıyev bildirib ki, bu məsələdə də əməkdaşlığın ilkin çalarları barədə geniş fikir mübadiləsi aparılıb.

Tarix
2021.04.10 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla