Yuxarı

AQTA sədri belaruslu nazirlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 13-də Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviçlə görüşüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən Qoşqar Təhməzli son dövrlərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və inkişafı sahəsində həyata keçirilən tədbirlər və qəbul olunmuş qərarlar barədə qonaqlara ətraflı məlumat verib.

Agentlik sədri ölkəmizdə heyvan sağlamlığının təmin olunması, baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili və heyvanların identifikasiyası sisteminin qurulması ilə əlaqədar görülən tədbirlərdən danışaraq qeyd edib ki, heyvan sağlamlığının təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsi, baytarlıq dərmanlarının istehsalında Belarus Respublikasının təcrübəsinin öyrənilməsi, həmçinin qida təhlükəsizliyi sahəsində informasiya sistemlərinin inteqrasiyası iki ölkə arasında münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir.

Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və heyvan sağlamlığı, baytarlıq dərmanları, yem və yem əlavələrinin tədqiqi və qeydiyyatı, o cümlədən elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycanla Belarus arasında qida məhsullarının idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan nəzarət tədbirləri müzakirə olunub. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya sahəsində Belarus Respublikasının ixtisaslaşmış universitetləri ilə birgə təlim və seminarların təşkilinə dair fikir mübadiləsi aparılıb.

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç AQTA sədri Qoşqar Təhməzlini bu il iyunun 1-dən 5-dək keçiriləcək "Belagro" sərgisinə dəvət edib.

Tarix
2021.04.13 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla