Yuxarı

Həmsədrlər: Ərazilərin minalardan təmizlənməsi üçün...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmsədrlər: Ərazilərin minalardan təmizlənməsi üçün...

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bəyanat yayıb.

Bu barədə Axar.az ATƏT-in rəsmi saytına istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, həmsədrlər atəşkəsin gücləndirilməsi istiqamətində atılan bütün addımları məmnunluqla qarşılayırlar və tərəflər arasında (Azərbaycan və Ermənistan – red.) 10 noyabr 2020-ci il tarixində əldə edilən üçtərəfli atəşkəs bəyanatının icrasını yaxından izləyirlər.

Bildirilib ki, qarşılıqlı etimad mühiti yaratmaq üçün ərazilərin minalardan təmizlənməsinə lazım olan bütün məlumatların mübadiləsi vacibdir.

Həmsədrlər bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını da vurğulayıblar.

Qeyd edək ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə hələ də təqdim etməyib. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər yaralanıb.

Tarix
2021.04.13 / 23:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla