Yuxarı

Fransa rəsmiləri Bakıdakı fransız liseyində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa rəsmiləri Bakıdakı fransız liseyində

Heydər Əliyev Fondunun prezidenti, birinci xanım, Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanin şəxsi dəvəti ilə oyunlarda iştirak etmək üçün Azərbaycanda olan 30 nəfərə yaxın fransalı dövlət xadimi ölkəmizə səfər çərçivəsində Bakı Fransız Liseyi təhsil kompleksini ziyarət edib.

Dövlət Neft Şirkətindən Axar.az-a verilən məlumata görə, qonaqlar arasında Fransa senatının 2 senatoru, Milli Assambleyasının 7 deputatı, 5 şəhər meri və mer müavini olub.

"Azərbaycan-Fransa Dostluq Cəmiyyəti"nin təşəbbüsü ilə Bakıya dəvət olunmuş Fransanın bir qrup yazıçı və naşiri, o cümlədən Miçel Assayas, Burqalat Bertrand, Nataşa Volinski, Mazias Debureauks, Blandin Rinkel, Patrik Amsellem, Armand de Saint Sauveur, həmçinin TOTAL-Azərbaycanın baş menecerinin xanımı Joanna Lemarçalın rəhbərliyi ilə şirkətin bir neçə nümayəndəsi də Bakı Fransız Liseyində olub. Qonaqlar Liseyin infrastrukturu, tədris prosesi və pedaqoji heyəti ilə tanış olub, uşaqlarla söhbətlər aparıblar.

Qonaqları Azərbaycanın Fransadakı Səfirliyinin müşaviri Elmar Məmmədov, "Azərbaycan-Fransa Dostluq Cəmiyyəti"nin prezidenti Elmira Fərəcullayeva və vitse-prezidenti Reyhan Hüseynova müşayiət edib.

Tarix
2015.06.13 / 16:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla