Yuxarı

Nəsirov şikayət etdi, qərar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsirov şikayət etdi, qərar verildi

Bu günlərdə “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Nəsirov Şaban Fəxrəddin oğlu Seçki Komissiyası ilə əlaqə saxlayaraq onun da Birlik yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı sənədlərini təqdim etdiyini, lakin qeydiyyata alınmadığını iddia edib.

Axar.az xəbər verir ki, bu məsələ seçki komissiyası tərəfindən nəzarətə götürülərək, araşdırma aparılıb. Müvafiq sənədlərin Nəsirov Şaban Fəxrəddin oğluna məxsus elektron ünvandan çıxışını təsdiqləyən faktların olmasına baxmayaq, birliyin korporativ elektron ünvanına bu göndəriş ([email protected]) daxil olmayıb. Yaranmış vəziyyətin texniki problemlərlə bağlı olmasından irəli gələrək, seçki komissiyası Nəsirov Şaban Fəxrəddin oğlunun “Azəriqaz” İB yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə iştirakını mümkün hesab etdiyi üçün onun xeyrinə qərar qəbul olunub.

Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərə qatılan namizədlərin sayı 17 nəfər təşkil edir. Onlar barədə məlumatlar Birliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, İctimai Şuraya seçkilərin cari ilin aprel ayının 30-da Birliyin inzibati binasında səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb.

Artıq 20-dək vətəndaş cəmiyyəti institutu səsvermə prosesində təmsilçilərinin iştirak etməsi barədə məlumatları Seçki Komissiyasına təqdim edib. Bir daha xatırladırıq ki, səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları müvafiq məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi, onun seçkilərə qatılmasını təsdiqləyən təmsil etdiyi qurumun rəsmi məktubu) aprel ayının 20-si gecə saat 00:00-dək Seçki Komissiyasına təqdim etməlidir.

Tarix
2021.04.17 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla