Yuxarı

AMEA rəsmən təsdiqlədi: Elton Məmmədov işdən getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA rəsmən təsdiqlədi: Elton Məmmədov işdən getdi

17:35

Bu gün bəzi xəbər saytlarında məlumat yayılıb ki, guya AMEA Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev İşlər idarəsinin müdiri, professor Elton Məmmədovu sərt tənqid edərək, onu işdən azad edib.

Axar.az xəbər verir ki, bu barədə AMEA mətbuat xidməti rəsmi açıqlama yayıb.

“İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılmış bu xəbər həqiqəti əks etdirmir. Texnika elmləri doktoru, professor Elton Məmmədov şəxsi istəyi ilə məzuniyyətə çıxmaq və məzuniyyətdən sonra isə işdən azad olunması barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə ərizə ilə müraciət edib”.

Qeyd edək ki, bu gün mətbuatda AMEA prezidenti Ramiz Mehdiyevin iclasda qurumun İşlər İdarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onu işdən azad etdiyi ilə bağlı xəbər yayılıb.

Həmçinin qeyd olunub ki, E.Məmmədov uzunmüddətli məzuniyyətə çıxaraq, iyun ayının 14-dən işdən çıxması ilə bağlı ərizə yazaraq Akademiyanı tərk edib.

Ramiz Mehdiyevin isə kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi E.Məmmədovun yerinə təyin etdiyi bildirilib.

AMEA-dan isə bu gün mediaya verilən açıqlamada E.Məmmədovun işdən ayrılması üçün ərizə yazdığı barədə məlumat da təkzib edilmişdi.

Tarix
2021.04.20 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla