Yuxarı

“Zəfər yolu” nə vaxt istifadəyə veriləcək? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşaya yolun çəkilişi davam etdirilir.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, ''Zəfər yolu'' Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Bu yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır. Uzunluğu 101 kilometr olan "Zəfər yolu" 2 hərəkət zolaqlı olmaqla, ikinci texniki dərəcəyə uyğun inşa edilir. Yolda 3 körpünün inşası nəzərdə tutulub. Yolun cari ilin sentyabr ayında istismara verilməsi gözlənilir.

Bundan başqa, ''Zəfər yolu''na paralel olaraq, Füzulidən Şuşaya çəkilən digər yolun da inşası davam etdirilir. Paralel yolun uzunluğu 84 kilometrdir.

Əhmədbəyli-Füzulı-Şuşa yolu Füzuli Hava Limanının yaxınlığından keçir. Magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədilə yol qovşağı inşa ediləcək.

Layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 kilometrlik yolun inşa edilməsi də daxil edilib.Əhmədbəyli-Füzuli-Şuşa yolundakı işlərin gələn il tamamlanması gözlənilir.

Tarix
2021.04.20 / 10:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla