Yuxarı

DYP-dən növbəti reyd: 25 sürücü cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən növbəti reyd: 25 sürücü cərimələndi

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə təşkilatçılığı ilə rayonda nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və standartlara cavab verməyən 13 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb.

Biləsuvarda da rayonun müxtəlif ərazilərində yol polisi və ETSN əməkdaşları tərəfindən reyd təşkil olunub. Sürücülərin bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Buna əməl etməyən 12 sürücü barəsində yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib.

Tarix
2021.04.20 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla