Yuxarı

Zaqatalada təzə vağzal açıldı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada təzə vağzal açıldı – Video

Zaqatala rayonunda yeni avtovağzal istifadəyə verilib.

Axar.az-a rayondan verilən məlumata görə, iyunun 15-də yeni avtovağzal binasının açılışı olub. Bu münasibətlə təşkil edilmiş açılış mərasimində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Nəqliyyat Nazirliyinin rəsmisi, müvafiq idarə və təşkilat nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tikintisinə 2013-cü ildə başlanılmış yeni avtovağzal Zaqatala şəhərindən 4 km aralıda, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun sol sahilində yerləşir.

Avtovağzalın havalandırma sistemi ilə təchiz olunan gözləmə zalı, bilet satışı kassaları, dispetçer otağı, saxlama kamerası, ana-uşaq otaqları, sürücülərin istirahət otağı, ibadət otağı, kafe, həyətyanı sahədə avtoyuma və texniki müayinə mərkəzi var. Avtovağzal eyni anda 30-a yaxın müxtəlif tutumlu nəqliyyat vasitəsini qarşılamaq və yola salmaq imkanına malikdir.

Tarix
2015.06.15 / 23:32
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla