Yuxarı

Eyvazov şəhid qardaşlarına vəzifə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eyvazov şəhid qardaşlarına vəzifə verdi

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri daxili işlər orqanlarında yeni vəzifələrə təyin ediliblər.

Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, üç şəhidin qardaşları - Toğrul Xosrovzadə, Elvin Məmmədov və Əli Şirəliyev Abşeron Rayon Polis İdarəsi Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrinə təyinat alıblar.

Şəhid İ.Məmmədov alpaqut döyüş sənəti üzrə Azərbaycan Kubokunun qalibi, Azərbaycan və dünya çempionu olub. Fevralın 10-da onun ailəsi Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri tərəfindən ziyarət olunub. Atası Abdulla Məmmədov açıqlamasında Elvin Məmmədovun işlə təmin olunmasına göstərdiyi köməyə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova xüsusi təşəkkürünü, Abşeron rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən ay daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Kütləvi informasiya vasitələrində, o cümlədən nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilən elana uyğun olaraq, DİN-ə onlayn qaydada müraciət edən iddiaçılardan daha hazırlıqlı olan 160 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 57 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən gənclər olub.

Xatırladaq ki, T.Xosrovzadənin qardaşı kiçik gizir İlkin Xosrovzadə oktyabrın 25-də Zəngilan, E.Məmmədovun qardaşı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu İlkin Məmmədov noyabrın 2-də Şuşa və Ə.Şirəliyevin qardaşı baş leytenant Sahib Şirəliyev noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham ƏIiyevin sərəncamı ilə Ə.Şirəliyev "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları, İ.Məmmədov "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları, İ.Xosrovzadə "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları, "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlə təltif olunub.

Tarix
2021.04.22 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla