Yuxarı

Şəmkirdə toy keçirənlər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdə toy keçirənlər cərimələndi

Şəmkirdə toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktiki söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 6 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Mərasimi təşkil edən 2 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Tarix
2021.04.23 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla