Axar.az
Yuxarı

Axar.Az Logo

Tutaq ki, Mirələmov əclafdır, bəs qadının günahı... - Cəfəroğlu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məlum videosu artıq iki gündür ki, ölkə ictimaiyyətində ciddi müzakirə və tənqid olunur.

İctimaiyyətdə Mirələmovun təkcə vəzifələrindən uzaqlaşdırılması deyil, həmçinin qadına qarşı yol verdiyi qeyri-etik, seksual hərəkətinə görə cinayət məsuliyyətinə də cəlb olunması tələb edilir.

Bəs məlum hadisədə qadına təcavüz davranışı varmı?

Axar.az xəbər verir ki, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı Musavat.com-a danışıb. Hüquq müdafiəçisi bu cür videoların ortaya çıxmasını tənqid edib:

“Bu cür videoları ortaya çıxarmaq əxlaqsızlıqdır. Bundan əvvəl də bir neçə ictimai fiqurun bu tip videolarını yaymışdılar. Bu məsələ artıq tendensiya olmağa başlayıb. Bununla nəyə nail oldular? Bu, sadəcə biabırçılıqdır!

Hesab edirəm ki, Mirələmov həmin videonu yayan şəxsi tapmalı, məhkəməyə verməlidir”.

Novella Cəfəroğlunun sözlərinə görə, videoda Mirələmovun qadına qarşı davranışı təcavüz hesab olunur:

“Tutaq ki, Mirələmov əclafdır, bəs o qadının günahı nə idi ki, üzü açıq yayıblar, sosial şəbəkələrdə hazırda linç edilir. Bu, heç cürə doğru hərəkət deyil. Əgər video realdırsa, bu, qadına təcavüzdür.

Mən heç Mirələmovun dərdinə qalmıram, məni narahat edən həmin qadınla bağlı vəziyyətdir. Hər halda orada çalışan işçilər bilirlər ki, o qadın kimdir. Niyə bu qadına qarşı haqsızlıq olsun?! Bir daha qeyd edirəm ki, bu cür hərəkət qadına qarşı əxlaqsızlıq, təcavüzdür.

Hesab edirəm ki, düz ediblər Mirələmovu vəzifəsindən çıxardıblar. Mirələmov öz cəzasını almalıdır. Çünki o, dövlət məmurudur və həmin hərəkətləri öz iş yerində edib”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bunları qeyd edib:

“İstənilən halda hansısa şəxsin özündən icazəsiz videosunu, görüntülərini yaymaq onun şəxsi həyatına müdaxilədir. Bu məsələdə cinayət tərkibi var.

Hesab edirəm ki, əslində qadın özü baş verənlərlə bağlı məhkəməyə müraciət etməlidir. Yəni, əgər işlədiyi yerdə ona qarşı zorakılıq və yaxud seksual qısnamaya təhrif olunubsa və sairə. Bu məsələ qanunvericiliklə tənzimlənməli və bununla bağlı çox ciddi tədbirlər görülməlidir.

Qadının videodakı vəziyyəti zorakılığa məruz qalmış şəxs qismində görünmür. Lakin ola bilər ki, qadın həmin mərhələyə qədər dəfələrlə zorakılıq halını yaşayıb, sadəcə indi onu ciddi qəbul etmir. İstənilən halda şəxsin özü məsələ ilə bağlı dərhal məhkəməyə müraciət etməlidir.

Mirələmova gəldikdə isə, o, məmurdur və öz vəzifəsindən sui-istifadə edib, tabeliyində olan işçisinə bu cür davranırsa, cəzasını almalıdır”.

Mehriban Zeynalova qeyd edib ki, sosial şəbəkələrdə və xəbər saytlarında məlum videonu paylaşarkən qadının üzünün açıq şəkildə göstərilməsi yolverilməzdir:

“Bu cür hal yolverilməzdir. Çox təəssüf ki, cəmiyyətimiz bu cür məsələlərdə daha çox cinayəti törədəni deyil, cinayətə qurban gedən şəxsi ittiham edir və bu, ənənəvi hala keçib.

Ola bilsin ki, həmin qadın işini itirməmək üçün bu davranışa susub. Bu cür faktlar əksər yerlərdə var. Ümumiyyətlə, iş yerində cinsi qısnama, cinsi qısnamaya təhrik, təkliflər, təqiblər, bunların hamısı cinayət məsuliyyətində var”.

Hüquq müdafiəçisi son zamanlar cəmiyyətdə qadınlara qarşı hansısa kampaniya başladığını müşahidə etdiyini bildirib:

“Bu cür hadisələr ona gətirib çıxarır ki, yeniyetmə qızlar erkən yaşda ərə verilir, selektiv abortlar baş verir, qızlar təhsildən yayındırılır. Sanki kimsə qəsdən qadınların işləməməsi, təhsil almaması üçün bu cür mesajlar verir və bununla da məhdudiyyətləri gücləndirilir. Məsələn, son hadisə əslində bir müddət bundan əvvəl baş verib.

Əgər kimsə buna öz qəti fikrini, etirazını bildirmək istəyirdisə, həmin dövrdə yayardı. Lakin görürük ki, hər şey mərhələli, şüurlu şəkildə baş verir. Belə ki, bir müddət bundan əvvəl hansısa qız uşağının zorlanması xəbəri yayılır, daha sonra videolar ortaya çıxır. Bununla da insanlar qız uşaqları ilə bağlı məhdudiyyətləri artırırlar.

Araşdırmaq lazımdır ki, kimdir bu cür video və informasiyaları yayan? Niyə qadınlar hədəfə alınır? Nə məqsədlə qadınlar əxlaqsız kimi təqdim edilir?”

Tarix
2021.04.23 / 15:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tvitterdə yenə nasazlıqlar yarandı

İlham Əliyev ümummilli liderin çıxışına kövrəldi - Video

Zaxarova azərbaycanlı alimə təşəkkür etdi

“Azəriqaz” rəhbərliyi şəhid ailələrini ziyarət etdi

Şəhid ailələrinə mənzillər təqdim olundu

Mingəçevirdə kütləvi dava: saxlanılanlar var

İlham Əliyev generalın dəfninə əklil göndərdi - Foto

Neftçalada narkotik satan şəxs həbs edildi

YAŞAT daha 3 şəhid övladı üçün hesab açdı

FHN özünü dənizə atan şəxsi xilas etdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla