Yuxarı

Ərzaq təhlükəsizliyi müzakirədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərzaq təhlükəsizliyi müzakirədə

Azərbaycan və dörd Orta Asiya ölkəsinin növbəti iki il ərzində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, əhalinin qidalanma səviyyəsinin yaxşılaşdırılması məqsədilə keçirdiyi seminar öz işinə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçiridiyi "Mərkəzi Asiya ölkələrində fitosanitar nəzarətin gücləndirilməsi" regional layihəsi çərçivəsində 2-günlük seminar öz işinə başlayıb.

Azərbaycanda və 4 Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) ölkəsində növbəti iki il ərzində həyata keçiriləcək layihənin ümumi məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsi, əhalinin qidalanma səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı sahəsində siyasətlərin təkmilləşdirilməsi və əsas fitosanitar məsələləri sahəsində milli potensialın gücləndirilməsidir.

Layihə çərçivəsində zərəvericilərin idarə olunması, beynəlxalq fitosanitar standartlar, zərərvericilərin risk analizinin aparılması sahəsində təlimlərin keçirilməsi vasitəsilə milli potensialın artırılması; eyni zamanda bitki karantin məntəqələrinin və laboratoriyaların müvafiq avadanlıqlarla təmin edilməsi və bu sahədə təlimlərin keçirilməsi vasitəsilə karantin zərərvericilərinin aşkarlanması və ticarət tərəfdaşlarının tələblərinin ödənilməsi məqsədilə ixracın sertifikatlaşdırılması sahəsində institusional imkanların gücləndirilməsi kimi məsələlər nəzərdə tutulur.

İki gün davam edəcək seminarda layihə çərçivəsinədə beynəlxalq mütəxəssislərlə yerli mütəxəssisslər arasında fikir mübadiləsi aparılacaq.

Tarix
2015.06.17 / 16:39
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla