Yuxarı

Komitə sədri Ramazanla bağlı göstəriş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədri Ramazanla bağlı göstəriş verdi

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayının başlaması ilə əlaqədar müşavirə keçirilib.

Komitədən Axar.az-a verilən məlumata görə, müşavirədə Komitənin rəhbərliyi, eləcə də Dövlət Komitəsi Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni açan Komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq edilib. Mübariz Qurbanlı Komitə üçün ölkədəki dini əhval–ruhiyyəni daha dərindən öyrənmək imkanının yarandığını söyləyib. Komitə sədri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarətin də Dövlət Komitəsinin və onun şöbələrinin üzərinə düşdüyünü deyib. Buna görə də regional şöbələrin əməkdaşları tərəfindən yerlərdə monitorinqlər keçiriləcək.

Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan Mübariz Qurbanlı Ramazan ayında regional şöbələrin maarifləndirmə işində daha aktiv fəaliyyət göstərmələrinin vacib olduğunu bildirib. Komitə sədri Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dini icmalara verilən maliyyə vəsaitinin dini maarifləndirmə işinə düzgün sərf edilməsi ilə bağlı şöbələrin rəhbərlərinə tövsiyələrini verib. Mübariz Qurbanlı bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirib.

Tarix
2015.06.17 / 18:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla