Yuxarı

Avtomobil oğrusu DYP maşınını vurub qaçdı, tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobil oğrusu DYP maşınını vurub qaçdı, tutuldu

Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) aprelin 29-da gecə saatlarında şəhər ərazisindən VAZ-2107 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərərib, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobili vuraraq qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Tarix
2021.05.01 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla