Yuxarı

Balakəndə narkotik alverçiləri saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə narkotik alverçiləri saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Polis Şöbəsinə Nəsrəddin adlı şəxsin narkotik vasitə və psixotrop maddə satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən tədbirlər nəticəsində Balakən şəhər sakini Nəsrəddin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan müxtəlif kağız bükümlərdə satış məqsədilə üzərində gəzdirdiyi heroin, psixotrop maddə-metamfetamin və qurudulmuş marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat tədbiri nəticəsində isə əvvəllər dəfələrlə məhkum olunmuş Azər Abdullayevdən heroin və metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə ona psixotrop maddəni satan Qullar kənd sakini Maqomed Maqomedov da tutulub. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı üzərində narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli bilinən rayon sakini Ruslani Xəlilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2021.05.02 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla