Yuxarı

EOC Azad Rəhimovun vəfatına görə başsağlığı verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
EOC Azad Rəhimovun vəfatına görə başsağlığı verdi

Avropa Olimpiya Komitəsi (EOC) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Axar.az Report-a istinadən xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilmiş başsağlığı mətnində 57 yaşında dünyasını dəyişən Rəhimovun Bakı-2015 I Avropa Oyunlarının əsas fiquru olduğu bildirilib.

EOC nazirin ailəsinə və Azərbaycan Milli Olimpiya Komitəsinə başsağlığı verib.

Bununla yanaşı, Yunanıstan Olimpiya Komitəsi (HOC) də başsağlığı mətni yayımlayıb. HOC prezidenti Spiros Kapralos A.Rəhimovun vəfatından böyük üzüntü keçirdiyini söyləyib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da dünyasını dəyişib. O, ötən gün II Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2021.05.03 / 09:49
Müəllif
Axar.az
Digər xəbərlər

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla