Yuxarı

“New Media Hub” platforması yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“New Media Hub” platforması yaradılır

Gənclərin müxtəlif istiqamətlərdə inkişafı üçün daim yeni və uğurlu addımlar atan “Davam”ın növbəti addımı gənc jurnalistlərin, blogerlərin marağına səbəb olacaq. Belə ki, “Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində “New Media Hub” platformasını yaradır.

Axar.az xəbər verir ki, “New Media Hub” platforması "Trend" müstəqil informasiya agentliyi, "Yeni Müsavat" və "Teleqraf" media qrupları ilə birgə əməkdaşlıq nəticəsində təsis edilir. Bu platformanın yaradılması gənc jurnalistlərin, blogerlərin yetişdirilməsi, onların təcrübə qazanması və bu təcrübədən istifadə edərək davamçı jurnalist kimi fəaliyyət göstərməsi məqsədi ilə atılan mühüm addımlardan biridir.

Platforma daxilində gənc jurnalist və blogerlərin layihəyə cəlb edilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcəkdir.

“New Media Hub” platformasının yaradılması ilə gənc jurnalistlərin tez-tez üzləşdiyi, praktiki bacarıqların əldə edilməsi zamanı ortaya çıxan problemləri aradan qaldıraraq davamçı jurnalistlər şəbəkəsinin formalaşdırılması hədəflənir.

Tarix
2021.05.03 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla