Yuxarı

Ramazan bayramında camaat namazı qılınmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramazan bayramında camaat namazı qılınmayacaq

Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlər bağlıdır və buna görə bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay deyib.

QMİ nümayəndəsi bildirib ki, keçən olduğu kimi bu il də bayram namazı onlayn şəkildə məscidlərdən canlı olaraq yayımlanacaq:

“Din xadimləri insanlara xitab edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Vətəndaşlarımız da fitrə zəkatlarını çıxararaq Allaha dua edəcəklər. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər. Ümid edirəm ki, gələn il bu problem qalmayacaq. İnsanlar səbrli olmalıdırlar. Çünki Ramazan ayı özlüyündə səbrin göstəricisidir”.

Qeyd edək ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramla əlaqədar 9-15 may ölkədə qeyri-iş günüdür.

Tarix
2021.05.04 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla