Yuxarı

Əzizovun iradından sonra park abadlaşdırılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əzizovun iradından sonra park abadlaşdırılır - Foto

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlarından sonra rayon ərazisində yerləşən "EKO park"da abadlaşdırma işlərinə başlanılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, park ərazisində antisanitar vəziyyətin qarşısı alınıb. Abadlaşdırma işləri çərçivəsində parkda tullantı suları üçün yeni drenajlar qurulur.

Eyni zamanda, orada eldar və geparis şamları əkilib.

Ümumi sahəsi 6 hektardan çox olan parkda 1150 ağac əkilib və daha 2000 ağacın əkilməsi nəzərdə tutulur.

Məlumata görə, parkdakı 6 attraksion yenilənəcək və parka daimi nəzarət üçün mühafizəçilər ayrılacaq.

Qeyd edək ki, EKO park 2014-cü ildə əvvəllər köhnə yod zavoduna aid olan ərazidə salınıb. O vaxtdan bəri açılışı olmayan park bərbad vəziyyətdə idi.

Tarix
2021.05.04 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla