Yuxarı

Bu cərimələr artırıldı – Baş nazirdən qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə görə tətbiq edilən cərimənin məbləği artırılıb.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”ə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, cərimənin məbləği 275 manata yüksəldilib. Əvvəl bu məbləğ 250 manat müəyyən edilmişdi.

Bundan başqa, “Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə daxil olan canlıların sayı da artırılıb. Kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı balıq növlərini ovlayanlar 275 manat məbləğində cərimə ediləcək. Əvvəllər yalnız “Qırmızı kitaba” daxil edilmiş kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı balıq növlərini ovlayanlar cərimə edilirdi.

Həmçinin, ölçüsündən və çəkisindən asılı olmayaraq, bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən ediləcək:

- bölgə - 247,5 manat

- nərə, uzunburun, ağ qızılbalıq - 220 manat

- xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın - 33 manat

- çəki, karp, qarabel siyənəyi - 22 manat

- naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri - 11 manat

- kilkə (1 kq) - 0,55 manat

- kürü (1 kq) bölgə, kələmo, nərə, uzunburun - 220 manat

- su onurğasızları xərçəng - 1,1 manat

- krevet - 0,55 manat

Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr isə üç qatına tutulacaq.

Tarix
2021.05.04 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla