Yuxarı

Bakıda Mübariz İbrahimov küçəsi təmir olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 km uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunur.

Agentlikdən Axar.az-a verilən məlumata görə, uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan küçənin yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi. Bu isə xüsusən payız-qış mövsümündə rahat hərəkətdə problemlərə gətirib çıxarırdı.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kv.m təşkil edir.

Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur.

Layihənin sonuncu mərhələsi üzrə təmir işləri aparılan hissənin zəruri nöqtələrinə yeni yol nişanları qoyulacaq, yolun üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına agentliyin rəhbərliyinin nəzarəti altında, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.

Xatırladaq ki, agentlik tərəfindən cari ildə Pirallahı rayonu ərazisində uzunluğu 2.9 km olan Süleyman Bağırov və uzunluğu 1.1 km təşkil edən Gənclik küçələrində də təmir işləri aparılıb.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Tarix
2021.05.05 / 10:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla