Yuxarı

İsmayıllıda dələduzluq edən "vəkil" saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb. Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq, dələduzluq etdiyi məlum olub.

E.Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Tarix
2021.05.05 / 10:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla