Yuxarı

Bu rayonumuza qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, ölkə ərazisidə hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

Şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib. Yağan güclü yağışlar nəticəsində əksər çaylarda sululuq artıb, Əsrik, Əsrikçay Cırdaxan, Kürəkçay, Gəncəçay Alaxançallıdan qısamüddətli sel və daşqın keçib. Şahdağ və Xınalıqda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 5, Xınalıqda 3 sm olub.

Düşən yağıntının miqdarı Yuxarı Qarabağ: 5-16 mm, Daşkəsəndə 24 mm, Qazax-Gəncə: 3-14 mm, Naftalanda 21 mm, Böyük Qafqaz: 2-16 mm, bəzi yerlərdə 25-40 mm, Mərkəzi Aran: 2-6 mm, Tərtərdə 21 mm (aylıq normanın 41 faizi), Mingəçevirdə 17 mm (aylıq normanın 37 faizi), Lənkəran-Astara zonasında 2 mm, Naxçıvan MR-da 1-9 mm olub.

Şimal-qərb küləyi əsib, arabir Neftçalada 28 m/s, Biləsuvarda 20 m/s, Naftalanda 18 m/s, Abşeron yarımadasında: Bakı, Maştağa, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Sumqayıtda 24 m/s, Çilov adası, Neft Daşlarında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Tarix
2021.05.05 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla