Yuxarı

Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, Salyan rayonunun Çuxanlı kəndindən başlayaraq Kür çayını keçməklə Kürkənd kəndinədək korroziyaya uğrayan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

İstismar müddəti başa çatmış diametri 530 mm olan polad boru ilə çəkilən qaz xətti, diametri 315 mm olan polietilen boru ilə əvəzlənir. Qaz xəttinin Kür çayından keçən hissəsi relyef baxımından çətin olduğundan maşın-mexanizmlərin çalışması mümkün deyil. Məhz buna görə bu hissədə görüləcək işlər Birliyin işçi qrupları tərəfindən əl əməyi ilə həyata keçirilir. İşlər yekunlaşdıqdan sonra şəhər ərazisində 15 minədək əhali abonenti və sənaye obyektlərinin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Ucar rayonunda yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində CNG (sıxılmış təbii qaz) yanacaq növündən istifadəni təmin etmək üçün qaz xəttinin çəkilişi işləri də həyata keçirilir. Diametri 160 mm, uzunluğu 24 km olan yeni qaz xətti başlanğıcını Ucar Qaz Paylayıcı Stansiyasından götürərək Müsüslü kəndində başa çatacaq. İşin həcmi böyük olduğundan əraziyə maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. Qaz xəttinin 13 km-dən çox hissəsinin çəkilişi artıq yekunlaşıb. Görülən işlərin 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, görülən işləri Azəriqaz İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi həyata keçirir.

Tarix
2021.05.05 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla