Yuxarı

Qənirə Paşayeva “Molla Nəsrəddin”in təqdimatında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Molla Nəsrəddin ensiklopediyası”nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə onlayn təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva onlayn təqdimatda çıxış edərək uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran hörmətli akademikimiz İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə araşdırmalarının məntiqi nəticəsi kimi meydana çıxan “Molla Nəsrəddin ensiklopediyası”nın ədəbiyyatşünaslığımızda önəmli hadisə olduğunu bildirib:

“Nəşrin hazırlanmasında akademiklər, professorlarla yanaşı, Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva kimi gənc tədqiqatçıların da iştirakı təqdir edilməlidir. “Molla Nəsrəddin ensiklopediyası” Mirzə Cəlil ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin çoxcəhətli əməli fəaliyyətinin ensiklopediyası dəyərindədir. Bu nəfis kitab, öz əhatə dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas mətnlərlə yanaşı, “Əlavələr” bölməsi də maraq kəsb edir: burada “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə, mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, gün üzü görən kitabların siyahısı və s. haqqında bilgilər verilib.

Azərbaycan peşəkar satirik mətbuatının əsasını qoyan və ədəbi məktəb yaradan “Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti ilə türk-müsəlman dünyasında, Yaxın Şərqdə geniş yayılmaqla xalqların azadlıq, dövlət müstəqilliyi, demokratiya uğrunda mübarizəsində özünəməxsus yerə və rola malikdir“.

Tarix
2021.05.05 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla