Yuxarı

DİN aptek sahibinin iddialarını araşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini Mətanət Quliyevanın polisə müraciətinin xüsusatları tam və hərtərəfli araşdırılıb.

Axar.az xəbər verir ki, bu sözləri Report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, Nərimanov rayonunda M.Quliyevanın müdirəsi olduğu aptekin əczaçılıq şirkəti qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün dərman preparatlarını və kassa aparatını geri qaytarıb:

"Şirkətin həmin apteki bağlamaq qərarına etiraz edən M.Quliyevanın Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi haqqında səsləndirdiyi iddialar tam əsassızdır. Polis tərəfindən qanunla üzərinə düşən vəzifələrə uyğun olaraq, vətəndaşın iddiaları ilə bağlı müvafiq araşdırmalar aparılıb.

Təhqiqat araşdırmaları və müvafiq yoxlamalarla müəyyən olunub ki, 20 000 manat civarında dərman prepatarları və kassa aparatı şirkətə məxsusdur. Toplanmış materialda cinayət əməli cinayət prosessual qanunvericiliyin tələbinə əsasən material üzrə cinayət işinin başlanması rədd olunub. Vətəndaşın xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ var".

Tarix
2021.05.05 / 17:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla