Yuxarı

3 tanınmış vəkilin fəaliyyətinə icazə verildi - VK

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin video-konfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Axar.az-a VK-dan məlumat verilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, vəkillərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, tikinti-təmir işlərinin aparılması ilə əlaqəli görülən işlər barədə məlumat vermiş, bəzi məsələlər müzakirə edilib.

Rəyasət Heyətinin iclasında vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilib.

O cümlədən, iclasda COVİD-19 virusuna yoluxan, xəstəlikdən əziyyət çəkən və Kollegiyaya müraciət edən vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin Ramazan bayramı ərəfəsində humanizm prinsipi rəhbər tutularaq İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilən iddialardan imtina edilərək fəaliyyətlərinin bərpa olunmaları ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq, müvafiq qərarlar qəbul edilib.

Sonda VK-nın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul olunub.

Tarix
2021.05.05 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla