Yuxarı

ADU-da qanvermə aksiyası keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da qanvermə aksiyası keçirildi - Foto

Mayın 5-də Azərbaycan Dillər Universitetində müəllim, tələbə və əməkdaşlar arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.

Axar.az xəbər verir ki, aksiya çərçivəsində donorlar əvvəlcə həkim nəzarətindən keçib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

Tələbələr arasında iraqlı tələbə Məhəmməd Hatif də qanvermə aksiyasında könüllü olaraq iştirak edib.

Bir nəfərin qanverməsinin üç həyat xilas edə biləcəyini nəzərə alan üzvlər bununla məhz ehtiyacı olanlara yeni ümid və həyat hədiyyə etmək istəyiblər.

Qeyd edək ki, aksiya ADU-nun, “Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyi, “Universitet Təhsilli Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyi ilə həyata keçirilib.

Tarix
2021.05.05 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla