Yuxarı

Meşədə narkotik becərən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meşədə narkotik becərən şəxs tutuldu

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mücühəftəran kənd sakini Elvin Məcidov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni Qalınçaq kəndindəki meşəlik ərazidə əkib-becərdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman ümumilikdə 474 ədəd çətənə bitkisinin şitillləri aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs şitilləri 15 gün əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2021.05.06 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla