Yuxarı

Məktəb direktorunun otağında qalmaqallı görüntü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəb direktorunun otağında qalmaqallı görüntü  - Video

Bakıda orta məktəbdə qalmaqallı hadisə baş verib. İşə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gələrək, direktorla mübahisə etməyə başlayıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsindəki 5 nömrəli Tam orta məktəbdə baş verib.

Direktor Samirə Əkbərovaya işə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gəlib, onunla mübahisə etməyə başlayıb. Mübahisə direktorun otağında baş verib.

Direktordan pulunu tələb edən qadın məktəbdə səs-küy salıb. Yayılan görüntülərdən də aydın olur ki, direktor həmin qadını sakitləşdirməyə çalışır. Digər müəllimələr də məsələyə müdaxilə etmək istəyir. Amma qadın onlara etiraz edərək israrla direktordan pulunu tələb edir.

Məsələ ilə bağlı açıqlama verən direktor Samirə Əkbərova isə iddia edib ki, qadın ona pul verdiyi üçün narazılıq etməyib.

Direktorun sözlərinə görə həmin xanım 3 ildir məktəbdə texniki işçi kimi çalışır.

Samirə Əkbərovanın sözlərinə görə narazı xanımın bu cür səs-küy salmasına, etiraz etməsinə səbəb lotereya növbəsi imiş:

"Müəllimlər öz aralarında lotereya oynayıblar. Kimsə-kiminsə növbəsinə keçdiyi üçün narazılıq olub. O da məktəb direktoru olduğuma görə mənim üstünə gəlib. Mənim orada heç səsim də çıxmır. Sadəcə xanımı sakitləşdirməyə çalışıram".

Tarix
2021.05.07 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla