Yuxarı

Bu şəxslərə III doza peyvənd vurulacaq – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə III doza peyvənd vurulacaq – Video

TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitədə koronavirus peyvəndinin III dozası ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Yaxın günlərdə bununla bağlı komitənin iclası keçiriləcək.

Axar.az xəbər verir ki, bunu ARB-24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi deyib.

“Koronavirus peyvəndlərinin ömürlük qoruyuculuq qabiliyyəti yoxdur. Buna görə də gücləndirici dozanın daha effektiv olması ilə bağlı fikirlər var. Bu proses revaksinasiya, yəni təkrar vaksinasiya deyil, sadəcə, gücləndirici doza adlandırılır. Komitənin iclasında kimlərə və nə zaman bu dozanın tətbiq edilməsi müzakirə olunacaq. Proses yəqin ki, laborator göstəricilərə uyğun olaraq həyata keçiriləcək. Əgər qanda antitellər varsa, III dozanın tətbiqi məntiqli olmaz. Antitellərin səviyyəsi sürətlə düşən, peyvəndlənməsindən və ya koronadan sağalmasından 6 ay ötən şəxslərə bunun vurulması müzakirə mövzusu ola bilər”, - o bildirib.

Tarix
2021.05.07 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla