Axar.az
Yuxarı

Axar.Az Logo

Azərbaycan beynəlxalq konfransa ev sahibliyi edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan ilə görüşüb.

Axar.az xəbər verir ki, nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.

Üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağı qeyd olunub.

Kendis Makdeyqan təqdim olunan məlumatların mövcud vəziyyətin ümumi kontekstinin başa düşülməsi üçün önəmli olduğunu bildirdi. O, Azərbaycan tərəfi ilə bu günədək bir çox sahələrdə, o cümlədən nəqliyyat, enerji, informasiya texnologiyaları, su və digər şəhər infrastrukturu xidmətləri və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd etdi və bağlılıq sahəsinin əsas istiqamət olaraq qaldığını vurğulayıb.

K.Makdeyqan Azərbaycanın cari il ərzində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə nazirlər konfransına ev sahibliyi edəcəyini məmnunluqla səsləndirib.

Nazir Asiya İnkişaf Bankının Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və rəqabətin artırılması sahələrinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini həmsöhbətin diqqətinə çatdırıb.

Tarix
2021.05.07 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

Hərbçilərimiz ispan jurnalistləri ölümlə hədələyib?

ÜGT-nin 138-ci sessiyası öz işinə başladı

MM sədri Qulam İshaqzai ilə görüşdü

TƏBİB-dən Hindistan ştammı ilə bağlı açıqlama

BMT-nin ali nümayəndəsi Bakıdakı erməni kilsəsində oldu

Ermənilər Tovuzdakı mövqelərimizi atəşə tutdu

Qabiliyyət imtahanı üzrə qeydiyyat müddəti uzadıldı

Bir qrup hərbçi “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib

Şadlıq saraylarında kondisionerə icazə verilmir? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla