Yuxarı

Ağstafada çörək sexində nöqsanlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağstafada çörək sexində nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mahmudov Mirsənan Mirzakir oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Belə ki, istehsal zamanı texnoloji ardıcıllığın gözlənilmədiyi, avadanlıqların vaxtlı-vaxtında təmizlənərək dezinfeksiya edilmədiyi, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Tarix
2021.05.08 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla