Yuxarı

Naxçıvanda gənc əsgərlər and içdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda gənc əsgərlər and içdi

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Dövlət Himnimiz səsləndirildikdən sonra gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.

Polkovnik Mübariz Rzayev hərbi andı qəbul edən əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Gənc əsgərlər adından çıxış edən Xeybər Abbaszadə müzəffər Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu bildirib, ölkəmizin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən igid oğullarımız kimi Vətəni qoruyacaqlarına söz verib.

General-mayor Fazil Ağalarov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, Vətənə sədaqət andı içən gənc əsgərlər keçirilən məşğələlərdə nümunəvi iştirak edərək növbəti xidmət yerlərinə yenilməz döyüşçü kimi yollanacaqlar.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Tarix
2021.05.08 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla