Yuxarı

Vəzifəli şəxsin işi məhkəmədə: 117 minlik mənimsəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifəli şəxsin işi məhkəmədə: 117 minlik mənimsəmə

Azərpambıq ASK MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş vermiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən müəssisənin sabiq direktoru Həsrət Səfərov 2018-2019-cu illər ərzində tərtib edilmiş sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.

İş üzrə toplanmış sübutlar əsasında Həsrət Səfərova 26 aprel 2021-ci il tarixdə CM-nin 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2021.05.08 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla