Yuxarı

Kəlbəcərdə hər addımbaşı mina basdırılıb - Ombudsman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonunda yerləşən dağların ətəklərindəki qar əriməyə başladıqdan sonra belə bir mənzərənin şahidi olduq: Azərbaycanın bu əzəli torpaqları işğal altında olarkən Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə, hətta minlərlə mina yerləşdirilib və bu minalar sözün əsl mənasında hər addımbaşı basdırılıb. Bu, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin daha bir əyani sübutudur. Artıq onlarla hərbi qulluqçumuz və mülki şəxslərimiz bu işarələnməmiş mina partlayışlarının qurbanı olub. Bir milyondan çox azərbaycanlı məcburi köçkün hələ də Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi səbəbi ilə öz yurdlarına qayıda bilmir, belə ki onların həyat və sağlamlıqları hələ də təhlükə altındadır".

Axar.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.

"Bu, Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasının və beynəlxalq hüquqa açıq-aşkar etinasızlığın sübutudur. Azərbaycan Ombudsmanı mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə yeni faktlar və sübutları çatdıraraq, işarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, müvafiq beynəlxalq strukturlardan Ermənistandan bu minalanmış ərazilərin xəritələrinin verilməsi üçün tədbirlər görmələrini tələb edir", - açıqlamada vurğulanıb.

Tarix
2021.05.11 / 11:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla