Yuxarı

Dünya 9 yaşlı bu azərbaycanlı qızdan danışır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya 9 yaşlı bu azərbaycanlı qızdan danışır

Qərb və ərəb mətbuatı “Assoşeyited Press” (AP) agentliyinin DJ-lərin (“Disk Jokey”) dünya çempionatında 85 iştirakçı arasında 14-cü yeri tutan 9 yaşlı azərbaycanlı qız Mişel Rəsulun məharətindən bəhs edən məqaləsini yayıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, musiqi və disko səslərini idarə etməyi atası Vaqif Rəsulovdan öyrəndiyini söyləyən balaca Mişel hələ 5 yaşında, oxumağı və yazmağı yeni öyrəndiyində, bu sənətə meyil göstərib. Onun DJ-lik etdiyi musiqi parçaları arasında Azərbaycan təranələri də var.

COVID-19 səbəbindən bu il videoformatda keçirilən dünya çempionatında münsiflər heyətini heyran edən balaca qız AP agentliyinə müsahibəsində deyib ki, onun arzusu dünyanın ən məşhur “Disk Jokeyi” olmaqdır.

“Çempionatın ən gənc iştirakçısının dünyaşöhrətli rəqiblərini geridə qoyması göstərdi ki, Mişelin arzusu yerinə yetəcək”, - deyə agentliyin məqaləsində yazılıb.

Mişelin anası, keçmiş skripkaçı Səidə Rəsulova da qızının musiqi səslərini belə cəld idarə etməsinə təəccüb etdiyini deyib.

O deyib ki, balaca qızın sosial şəbəkədəki səhifəsi artıq 110 mindən çox izləyici toplayıb, dünyanın hər yerindən olan DJ-lər ona ismarışlar göndərirlər. Bundan başqa, Mişel pandemiyadan əvvəl keçirilən toy şənliklərinə də dəvət edilirdi.

Tarix
2021.05.12 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla