Yuxarı

Şəhidimizin adına salınan bulağın açılışı oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidimizin adına salınan bulağın açılışı oldu - Foto

Göyçay şəhərində Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun adına bulaq və ev muzeyinin açılışı olub.

Axar.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, açılışda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və qohumları iştirak ediblər.

Mərasimdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun göstərdiyi böyük şücaətlərdən danışılıb.

Bulağın ətrafında yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Daha sonra şəhidin ev muzeyinə baxış keçirilib. Ev muzeyində şəhid polkovnik-leytenant V.Xəlilovun şəxsi əşyaları, hərbi forması, şəkilləri saxlanılır.

Xatırladaq ki, şəhid Vidadi Xəlilov 31 oktyabr 2020-ci il tarixində Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Tarix
2021.05.13 / 14:17
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla