Yuxarı

YAŞAT daha 3 şəhid övladı üçün hesab açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAŞAT daha 3 şəhid övladı üçün hesab açdı

YAŞAT Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, şəhidimiz Gəray Soltanovun Füzuli şəhərində doğulan övladı Nurayın, şəhidimiz Azad Abbasovun Bakı şəhərində doğulan övladı Arazın, şəhidimiz Məhəmməd Osmanovun Mingəçevir şəhərində doğulan övladı Məhəmmədxəlilin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidlərimizə rəhmət etsin!

Xatırladaq ki, YAŞAT Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün “yashat.gov.az” portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” mərkəzi fəaliyyət göstərir.

Tarix
2021.05.13 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Trampla Qafqazdan danışdı

Xəzərin hüquqi statusu haqqında Konvensiya... - Arakçı

İlham Əliyev müharibəni də, sülhü də qazandı - Video

Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Nikol Paşinyan İlham Əliyevə zəng etdi

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla