Yuxarı

Polis Hacıqabulda əməliyyat keçirdi: saxlanılanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Hacıqabulda əməliyyat keçirdi: saxlanılanlar var

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mübariz Abasov yaşadığı evin yaxınlığında saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 15 ədəd çətənə bitkisi aşkarlanıb.

Dindirilmə zamanı M.Abasov törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış ondan heroin aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Tarix
2021.05.14 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla