Yuxarı

AB Azərbaycanda yeni proqramın icrasına başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Azərbaycanda yeni proqramın icrasına başlayır

Avropa Birliyi (AB) Şərq Tərəfdaşlığı ölkələrində açıq hökumət uğrunda islahatları və korrupsiyaya qarşı mübarizəni dəstəkləməyə yönələn "AB-nin Dürüstlük Proqramı" adlı yeni proqramın icrasına başlayır.

Axar.az xəbər verir ki, üçillik proqramı AB maliyyələşdirəcək və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Açıq Hökumət üzrə Tərəfdaşlıq (OGP) Təşkilatı tərəfindən həyata keçiriləcək.

Yeni proqramı təqdim etmək məqsədilə mayın 20-də yüksək səviyyəli onlayn tədbir olacaq. Mərasimdə Aİ, İƏİT, OGP-dən olan aparıcı məruzəçilər, yerli dövlət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edəcək və regionda açıq hökumət uğrunda islahatların gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Proqram həmçinin son dərəcə vacib islahatları gücləndirmək üçün OGP-nin fəaliyyət planlarından istifadə edərək və həmin islahatları həyata keçirmək üçün tərəfdaş ölkələrlə birgə işləyərək hökumətlərə və vətəndaş cəmiyyətinə dəstəyi genişləndirəcək.

Qeyd edək ki, Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan iştirak edir.

Tarix
2021.05.14 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla