Yuxarı

Bakıda restoranda partlayış: yaralananlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər (restoran işçisi) yanıq xəsarətləri alıb.

Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Tarix
2021.05.14 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla