Yuxarı

Su çatışmazlığının qarşısını almaq üçün hansı işlər görülür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu məsələlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir.

Axar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədlərinn dəyişdiyini, su ehtiyatlarının azalması və buzlaqların əriməsinin müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinə məcburi uyğunlaşma vasitələri adi hala çevrilməkdədir:

“Son 30 ildə temperaturun artımı 1°C-dən də yüksəkdir ki, bunun nəticəsi olaraq Azərbaycanın su ehtiyatları 10-15 faiz azalıb. Gələcəkdə orta temperaturun 2°C və daha çox artması ssenarilərinə uyğun olaraq su resurslarının paylanmasında fundamental dəyişikliklərə uyğunlaşmaq üçün müxtəlif tədbirlər planlaşdırılır ki, onların icrası nəticəsində gələcəkdə mümkün su defisitlərinin qarşısını kifayət qədər almaq olar”.

Xidmət rəsmisi qeyd edib ki, mümkün olan uyğunlaşma tədbirlərinə hazırda 40 faizə yaxın olan su itkilərinin azalması üçün fəaliyyətdə olan su təsərrüfatı obyektlərinin yenidən qurulması, yağış suyundan və təmizlənmiş dəniz suyundan istifadə və s. kimi əlavə su mənbələrinin cəlb edilməsi, yeraltı sulardan və sudan təkrar istifadə də daxil olmaqla dövriyyəvi sudan istifadə edilməsi, suya qənaətlə yanaşma, müasir suvarma texnologiyalarının və metodlarının tətbiqi daxildir.

Tarix
2021.05.15 / 12:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla