Axar.az
Yuxarı

Axar.Az Logo

Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz şəhərində, bu şəhərin 44 günlük Vətən müharibəsində şəhid olmuş sakinlərinin ailə üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Orxan Rövşən oğlu Cabbarovun (16.10.1995, Tovuz – 09.11.2020, Şuşa), “Vətən uğrunda”, “İgidliyə görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Ceyhun İqbal oğlu İsmayılovun (25.09.1996, Tovuz – 2020, Füzuli), “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Elmar Cəbrayıl oğlu Şirinovun (09.03.2002, Xatınlı, Tovuz – 08.11.2020, Şuşa), “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Amil Bədrəddin oğlu Rüstəmovun (10.12.1995, Bayramlı, Tovuz – 08.11.2020, Şuşa), “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elcan Famil oğlu Cəlilovun (26.02.1996, Tovuz – 07.11.2020, Xocavənd) və “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Cavid Natiq oğlu Hüseynovun (03.06.2001, Tovuz – 31.10.2020, Xocavənd) ailə üzvləri iştirak edib.

Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb və onları Ramazan bayramı münasibəti ilə təbrik edib.

Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.

Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Tarix
2021.05.16 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

Hərbçilərimiz ispan jurnalistləri ölümlə hədələyib?

ÜGT-nin 138-ci sessiyası öz işinə başladı

MM sədri Qulam İshaqzai ilə görüşdü

TƏBİB-dən Hindistan ştammı ilə bağlı açıqlama

BMT-nin ali nümayəndəsi Bakıdakı erməni kilsəsində oldu

Ermənilər Tovuzdakı mövqelərimizi atəşə tutdu

Qabiliyyət imtahanı üzrə qeydiyyat müddəti uzadıldı

Bir qrup hərbçi “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib

Şadlıq saraylarında kondisionerə icazə verilmir? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla