Yuxarı

Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparılıb.

Axar.az xəbər verir ki, bu barədə R.Səfərovun özü Feysbuk səhifəsində məlumat paylaşıb.

Keçmiş müstəntiq qeyd edib ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov ona zəng edib:

“Bildirildi ki, əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Vətəndaş Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır.

Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verlidiyini bildirdi”.

Qeyd edək ki, R.Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

R.Səfərov keçmiş deputat Eldar Sabiroğlunun oğludur.

Tarix
2021.05.17 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla