Yuxarı

Rus əsilli qazimiz beşinci dəfə əməliyyat olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus əsilli qazimiz beşinci dəfə əməliyyat olunacaq

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də əslən rus olan Denis Sergeyeviç Quzlyayevdir. Quzlyayev Füzuli uğrunda gedən döyüşlərdə yaranıb.

Axar.az xəbər verir ki, bu haqda Birinci Qarabağ müharibəsinin şəhidi, Azərbaycan Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Rеqina Kovalyova öz Feysbuk hesabından paylaşım edib.

O bildirib ki, Quzlyayev “Vətəni düşməndən azad etməyə gedirəm” deyib və döyüşə yollanıb:

“Döyüş zamanı ağır yaralanan Denisin üz və çənəsi parçalanıb. Yaşaya biləcəyinə ümid yox idi, ancaq azərbaycanlı həkimlər onu müalicə etdi və öz ayaqları üzərində dura biləcək bir hala gətirdi. İndi D.Quzlyayev beşinci çənə əməliyyatı üçün hazırlanır.

Təcili şəfalar diləyirik, Denis, fəxrimizsən!

Milli birliyimiz Vətənimizin gücüdür!”

Qeyd edək ki, Denis Sergeyeviç Quzlyayev Füzuli uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Tarix
2021.05.18 / 16:22
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla