Yuxarı

Aytən niyə efirə çıxmadı? - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aytən niyə efirə çıxmadı? - Səbəb

ANS telekanalının ən təcrübəli əməkdaşlarından olan Aytən Səfərova bu gün yenə efirə çıxmayıb.

Publika.az xəbər verir ki, "Salam Azərbaycan" verilişinin aparıcısı işlədiyi şirkətdə ona qarşı basqılardan şikayətçidir. Bu haqda məşhur xanım telejurnalist özü sosial şəbəkədə status paylaşıb:

"Allah mənə səbir və bəzilərinə qarşı güclü immunitet versin. Bezmişəm. Yorulmuşam. Nə qədər təpki olar?"

Aytən Səfərovanın statusu sosial şəbəkədə əməlli başlı müzakirəyə səbəb olub. Əksər şərh yazanlar telejurnalistə sevgisini bildirib.

İzləyiciləri ilə fikir mübadiləsi aparan Aytən Səfərova xaraktercə dəyişməz olduğunu və kimsəyə görə fikrindən dönməyəcəyini bildirib.

Digər diqqətçəkən məqam isə Babayev adlı istifadəçinin "Aytən, nə edirsən et, ANS-dən getmə" şərhinə Səfərovanın cavabı olub. Belə ki, aparıcı bu xahişə "..." işarəsi qoymaqla kifayətlənib.

Aytən Səfərovanın statusu və həmin işarəsi onun bu gün aparıcısı olduğu "Salam, Azərbaycan!" verilişinin efirinə çıxmamasının səbəbini izah edir.

Tarix
2015.06.22 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla