Yuxarı

Bu tibb müəssisələri birləşdirilir - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tibb müəssisələri birləşdirilir - Siyahı

Azərbaycanda bir neçə tibb müəssisəsi yenidən təşkil edilir.

Axar.az Report-a istinadən xəbər verir ki, "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və "Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi" publik hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunur.

"Lökbatan Tibb Mərkəzi" publik hüquqi şəxs 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxs "Respublika Uşaq Klinik Xəstəxanası” publik hüquqi şəxsin ona qoşulması yolu ilə yendiən təşkil edilir.

"Nərimanov Tibb Mərkəzi" publik hüquqi şəxs 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası, 18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası hüquqi şəxslərin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Sabunçu Tibb Mərkəzi" publik hüquqi şəxs 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və "2 nömrəli Doğum Evi" publik hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxs "1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası" publik hüquqi şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə yenidən təşkil edilir.

Tarix
2021.05.20 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla